Zelenski qəzaya düşdü

Ukrayna prezidenti Volodimir Zelenskinin olduğu avtomobil Kiyevdə qəzaya düşüb.

Bu barədə onun mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Onun sözlərinə görə, Ukrayna prezidenti həkim müayinəsindən keçib, ciddi xəsarət aşkarlanmayıb.

“Kiyevdə minik avtomobili Ukrayna prezidentinin avtomobili və kortejdə olan digər maşınlarla toqquşub. Dövlət başçısını müşayiət edən həkimlər minik avtomobilinin sürücüsünə təcili tibbi yardım göstərərək xəstəxanaya təhvil veriblər. Prezident həkim müayinəsindən keçib, ciddi xəsarət aşkarlanmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın bütün hallarını öyrənəcəklər”, - Nikiforov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ