İrəvanda etirazlar - Paşinyanın istefası tələb olunur - video

Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışından sonra Ermənistan parlamentinin və hökumət evinin binaları qarşısında etiraz aksiyaları keçirilir.

Parlamentin yaxınlığında keçirilən aksiya zamanı mitinqçilər Baqramyan prospektini bağlayıb, nəqliyyatın hərəkəti dayandırılıb.

Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Qeyd edək ki, bu gün Ermənistan hökumətinin başçısı Nikol Paşinyan parlamentdə bəyan edib ki, erməni tərəfi müəyyən sənəd imzalamaq niyyətindədir, ondan sonra çoxları yəqin ki, onu satqın elan edəcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ