Bizi satqın adlandıracaqlar - Paşinyandan sensasion açıqlama

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Əgər Azərbaycan bizim suveren torpaqlarımıza əl vurmasa”. 

Belə bir sensasion açıqlama ilə Ermənistanın baş naziri Nikol paşinyan ölkə parlamentində çııxş edib.

“Biz bu gün də Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq. Amma biz başa düşməliyik ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü hansı sərhədlər çərçivəsində tanımaq istəyir? Əgər Azərbaycan nəzarətə götürdüyü əraziləri öz ərazisi adlandırırsa və bu sərhədlər daxilində onun ərazi bütövlüyünü tanımağı tələb edirsə, biz Azərbaycanın ərazi bütövlüyünü tanımırıq, çünki bu ərazilər bizim ərazilərimizdir. Əgər onlar bizim suveren ərazilərimizi tərk etsələr, o zaman Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq”, - deyə o, parlamentdə hökumət saatında çıxışı zamanı bildirib.

Paşinyan onu da vurğulayıb ki, Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır: 

“Biz bu kağızı imzalamağa hazırıq, buna görə çoxumuzu qınayacaqlar, satqın adlandıracaqlar, xalq bizi hakimiyyətdən qovmaq qərarına gələ bilər, amma nəticədə Ermənistan sülh əldə edəcək. Məni öz başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının gələcəyi maraqlandırır”.

Baş nazir həmçinin Ermənistanda hərbi vəziyyətin tətbiqindən imtinanın səbəbləri ilə bağlı məsələyə də aydınlıq gətirib: 

“Ermənistanda hərbi vəziyyət, o cümlədən hərbi vəziyyətin tətbiqi məsələsi gündə bir neçə dəfə müzakirə olunur. Dünən gecə yarısından etibarən hərbi vəziyyətin tətbiqi ilə bağlı layihə mənim stolumun üstündədir. Biz bu tədbirin zəruriliyini Təhlükəsizlik Şurası formatında və digər formatlarda müzakirə edirik... Bu, ciddi qərardır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ