Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır - Peskov

“Ermənistan-Azərbaycan sərhədində gərginlik birmənalı olaraq qalmaqdadır”.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Kreml nümayəndəsi baş katib Stanislav Zasın başçılığı ilə KTMT missiyasının sərhədə gedəcəyi ilə bağlı bir gün əvvəl qəbul edilmiş qərarı xatırladıb. 

“Missiya təşkilata üzv olan dövlətlərin rəhbərlərinə hesabat təqdim edəcəklər və bu hesabat nəzərdən keçiriləcək. Bildiyim qədərilə, missiya hələ Ermənistana çatmayıb”, - deyə Peskov söyləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ