Semyon Peqov: Yüzə yaxın erməni hərbçi ölüb

“Ermənistan-Azərbaycan sərhədində baş verən son silahlı qarşıdurma zamanı 100-ə yaxın erməni hərbçi ölüb”.

Bu barədə məlumatı ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqov öz rəsmi Teleqram kanalında paylaşıb.

Onun sözlərinə görə, hazırda döyüşlər davam edir: “Mənbələrimizin məlumatına görə, Vardenisdə vəziyyət çox ciddidir. İlkin məlumata görə, azərbaycanlı hərbçilər orada bir neçə erməni postuna nəzarəti ələ keçirib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ