“Ermənistan tərəfindən 49 hərbçi ölüb”.
Bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, bu, hələ son rəqəm deyil.
O bildirib ki, döyüş əməliyyatlarının intensivliyi azalıb.
Paşinyan, həmçinin qeyd edib ki, Ermənistanın müraciəti əsasında KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclası keçirilir.