Ukrayna ordusu daha 20 yaşayış məntəqəsini azad etdi

Son sutka ərzində Ukrayna ordusu 20-dən çox yaşayış məntəqəsindən Rusiya qüvvələrini sıxışdırılıb çıxarıb. 

Bu barədə Ukrayna Baş Qərargahının hesabatında deyilir.

Məlumata görə, Rusiya ordusu öz səylərini Donetsk vilayətinin ərazisinə nəzarət olunmasına, işğal edilmiş ərazilərin saxlanmasına və müəyyən istiqamətlərdə Ukrayna ordusunun hücumunu dayandırmağa yönəldir.

Rusiya hərbçiləri Ukrayna mövqelərini atəşə tutmaqda davam edir, havadan kəşfiyyat aparır və itirilmiş mövqelərin qaytarılması üçün tədbirlər görməyə çalışırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ