İstanbulda atışma: dörd azərbaycanlı yaralanıb - video

İstanbulun Sarıyer bölgəsində yerləşən ticarət mərkəzlərinin birində baş verən silahlı insident zamanı dörd azərbaycanlı yaralanıb.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Kütləvi dava ticarət mərkəzində olan kafelərdən birində baş verib. Hadisə nəticəsində 4 Azərbaycan, 1 Türkiyə və 1 İran vətəndaşının yaralandığı bildirilir.

İnsident yerinə polis əməkdaşları və təcili yardım briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbi hələlik məlum deyil.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ