Rusiya Donetskdə “uğursuluğu” qoşunlarını qruplaşması adlandırdı

Rusiya Müdafiə Nazirliyi Balakleya və İzyum bölgələrində yerləşdirilən qoşunlarının Donetsk istiqamətində səylərini artırmaq üçün yenidən qruplaşdırılacağını açıqlayıb.

“Donbasın azad edilməsi üzrə xüsusi hərbi əməliyyatın qarşıya qoyulan məqsədlərinə nail olmaq üçün Donetsk istiqamətində səyləri gücləndirmək məqsədi ilə Balakleya və İzyum bölgələrində yerləşən Rusiya qoşunlarının yenidən qruplaşdırılmasına dair qərar qəbul edilib”. - nazirliyin Teleqram kanalında yazılıb.

İdarədən bildirildiyinə görə, bu tapşırığı yerinə yetirmək üçün İzyum-Balakleya qoşun qrupu Donetsk ərazisinə köçürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ