II Yelizavetanın oğlu III Karl rəsmi olaraq Böyük Britaniyanın kralı elan edildi.
Sentyabrın 10-u şənbə günü Londondakı Müqəddəs Ceyms sarayında vərəsəlik şurasında taxt-tacın təhvil verilməsi prosesi baş tutub. Adətən bu prosedur əvvəlki hökmdarın ölümündən bir gün sonra həyata keçirilir, lakin II Yelizavetanın ölümü barədə axşam saatlarında məlum olduğu üçün bu dəfə görüş təxirə salınıb.
II Yelizavetanın sentyabrın 8-də 96 yaşında vəfat edib. Britaniyada 10 günlük milli matəm elan olunub.