İstanbulda 4 metrobus toqquşub - Onlarla insan yaralanıb

Türkiyənin istanbul şəhərində dörd metrobus toqquşub.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Hadisə nəticəsində 99 nəfər xəsarət alıb.

Qəza yerinə təcili tibbi yardım briqadaları, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdirilib, müalicələri davam etdirilir.

Yol-nəqliyyat hadisəsi digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi təsir edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ