Zelenski “Baykar” şirkətinin baş direktorunu mükafatlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşüb.

Tərəflər müdafiə sektorunda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Zelenski Bayraktara 1-ci dərəcəli “Xidmətlərə görə” ordenini təqdim edib.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün Ukrayna ilə şirkət arasında gələcək əməkdaşlıq məsələlərinə diqqət yetirilib.

Bundan əlavə, tərəflər Ukraynada “Baykar” zavodunun tikintisinin təfərrüatlarını və Ukrayna hissələrindən istifadə etməklə yeni məhsulların istehsalını müzakirə ediblər.

Zelenski Bayraktarın və onun şirkətinin Rusiyaya qarşı mübarizədə verdiyi töhfəni yüksək qiymətləndirib. Bu səbəblə də ona I dərəcəli “Xidmətə görə” ordenini təqdim edib.

“Ukraynada hər kəs “Bayraktar”ın nə olduğunu bilir, şirkətinizi tanıyır. Bunun üçün sizə minntədaram. Rusiyaya qarşı bu savaşda Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə vətəndaşlarına verdiyi dəstəyə təşəkkür edirəm”, - deyə Zelenski bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ