Peskov çətin vəziyyətə düşdü: Bu suallara MN cavab verməlidir

Kreml Xarkov vilayətindəki Balakleya ətrafındakı vəziyyəti və əməliyyat zonasında baş verən digər hadisələri şərh etməkdən imtina edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür sualları Müdafiə Nazirliyinə ünvanlayıb. 

“Xüsusi hərbi əməliyyatın” gedişatına gəlincə, bu cür suallar, həmkarım, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkova ünvanlanmalıdır”, - Kremlin sözçüsü deyib.

Qeyd edək ki, Ukrayna ordusu bir neçə gün əvvəl Xarkov vilayətində əks-hücum əməliyyatının başlayıb. Sentyabrın 8-də günün sonuna qədər Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsini azad edərək 20 kilometr irəliləyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ