Blinken gözlənilmədən Kiyevə getdi

ABŞ dövlət katibi Entoni Blinken gözlənilmədən Kiyevə səfərə gedib.

Əvvəlcədən elan olunmamış səfərin məqsədi Ukrayna tərəfinə hərbi yardım məsələsini müzakirə etməkdir. Digər mənbələrə görə, ABŞ dövlət katibi “Birləşmiş Ştatların dəstəyini nümayiş etdirmək üçün” Ukraynanın paytaxtına səfər edib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi sentyabrın 8-də Ukraynaya 675 milyon dollar dəyərində silah tədarükünü elan edəcək. Vaşinqton Kiyevi HIMARS raket sistemləri (MLRS) üçün mərmilər, həmçinin hərbi maşınlar və digər avadanlıqlarla təmin edəcək.

Blinken artıq aprel ayında Pentaqonun rəhbəri Lloyd Ostinlə birlikdə Kiyevə səfər etmişdi. Həmin səfər zamanı onlar Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ