Paşinyan Bakı ilə sülh sazişi üzərində işi sürətləndirməyi tapşırıb

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mətn hissəsi ilə bağlı işi sürətləndirməyi tapşırıb.

Bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Bildirilir ki, baş nazir Brüsseldə Azərbaycan prezidenti ilə görüşdən sonra belə bir göstəriş verib.

Nəşrin məlumatına görə, ilkin versiya noyabrın ortalarına qədər hazır olmalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ