Rusiya Aİ ölkələrinə qaz tədarükünü 48% azaldıb

2022-ci ilin əvvəlindən Aİ ölkələri Rusiya qazının tədarükünü 48% azaldıb.

Bu barədə “Qazprom” şirkətin “Telegram” kanalında bildirib.

“İlin əvvəlindən Avropa İttifaqı ölkələri öz bazarlarına Rusiya qazının tədarükünü 48%, Böyük Britaniya da nəzərə alınmaqla isə 49% azaldıb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, çərşənbə günü Avropa Komissiyasının sədri Ursula von der Lyayen bəyan edib ki, Aİ-nin qaz istehlakında Rusiya mavi yanacağının payı 2021-ci ildəki 40%-dən 9%-ə enib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ