Xanım izləyicisinə "Gelandewagen" bağışlayan azərbaycanlının başı dərddə - FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı videobloqer Hüseyn Həsənovun 10 milyonluq “Instagram” hesabı bağlanıb.

Buta.media-nın məlumatına görə, Hüseynin hesabının hansı səbəbdən bağlanması məlum olmasa da, bloqer “İnstagram”da yeni hesab açaraq bu sözləri yazıb:

“Əsas səhifəm ələ keçirilib. İndi buradayam. Bu, mənim ikinci hesabımdır”. 

Qeyd edək ki, Hüseyn izləyicilərinə dəfələrlə özünün istifadə etdiyi dəbdəbəli avtomobillərini hədiyyə verməsi ilə gündəm olub. Bu hərəkəti ilə H.Həsənov böyük auditoriyanın rəğbətini və sevgisini qazanmağı bacarıb. Bir müddət ömcə isə o qız izləyicisinə "Gelandewagen" hədiyyə etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ