Türkiyə ilə danışıqlara başlamışıq - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvanla Bakı arasında Qarabağla bağlı intensiv danışıqlar gedir.

“Biz təkcə Ermənistan Respublikasının strateji müttəfiqi kimi deyil, həm də Azərbaycanın çox yaxın tərəfdaşı kimi Rusiya Federasiyasının dəstəyinə ümid edirik. Bu, Azərbaycan üçün də imkanlar açır”, - Paşinyan Şərq İqtisadi Forumunun plenar sessiyasında deyib.

O əlavə edib ki, Ermənistan Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

“Biz artıq Türkiyə ilə danışıqlara başlamışıq. Biz Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik”, - Paşinyan bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ