Putin Ukrayna ilə müharibə haqda: Rusiya heç nə itirməyib

Rusiya “xüsusi hərbi əməliyyat” nəticəsində heç nə itirməyib və itirməyəcək, yalnız suverenliyini möhkəmləndirib. 

Bu sözləri sentyabrın 7-də Şərq İqtisadi Forumu (EEF) kuluarlarında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

“Hesab edirəm ki, biz heç nə itirməmişik və heç nə itirməyəcəyik. Ən böyük nailiyyətimiz suverenliyimizin möhkəmlənməsidir və bu, hazırda baş verənlərin qaçılmaz nəticəsidir”.

Dövlət başçısı onu da qeyd edib ki, hərbi əməliyyatlar baxımından Moskva heç nə başlamayıb, əksinə, müharibəni bitirməyə çalışır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ