Rusiya Ukraynanı Xəzərdən vurdu

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Ka-52 helikopterini və Xəzər dənizindən atılan altı X-101 qanadlı raketindən beşini vurub.

Bu barədə Ukrayna HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sentyabrın 6-da səhər saat 08:00 radələrində Ukraynanın cənubunda və şərqində ölkənin Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Xəzər dənizi regionundan Tu-95MS təyyarəsindən atılan altı X-101 qanadlı raketindən beşini zərərsizləşdirib.

Bundan əlavə, çərşənbə axşamı Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Ka-52 Alligator hücum helikopterini məhv edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ