Rusiya Yaponiya ilə Kunaşir və İturup adalarına, həmçinin Kiçik Kuril cərgəsinə sadələşdirilmiş səfərlə bağlı sazişləri ləğv edib.
Bu barədə Rusiya Federasiyası Hökumətinin sərəncamı hüquqi informasiya portalında dərc edilib.
Söhbət 1991-ci ildə qarşılıqlı səfərlərin proseduru haqqında və 1999-cu ildə bu yerlərə sadələşdirilimiş səfərlərin təşkili haqqında müqavilələrin ləğvindən gedir. Son məlumatlara görə, adalara sadələşdirilmiş giriş hüququna burada yaşayan yerli sakinlər malik olublar.
Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı Yaponiyanı məlumatlandırmaq tapşırılıb.
Qeyd edək ki, İkinci Dünya Müharibəsindən sonra Moskva və Tokio sülh müqaviləsi imzalamayıblar. Yaponiya bu məsələni Kuril zəncirinin dörd adasının - Kunaşir, İturup, Şikotan və Habomainin öz ərazisi olması ilə əlaqələndirir. Eyni zamanda, Rusiya bu ərazilərin İkinci Dünya Müharibəsinin nəticələrindən sonra SSRİ-nin tərkibinə daxil olduğunu iddia edir.