Ermənistanın baş naziri Nikol Paşinyan fraksiya deputatları ilə qapalı görüş keçirib və Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşünün nəticələri barədə onlara məlumat verib.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Görüşdə Nikol Paşinyan bəyan edib ki, ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalanmalıdır.
Xatırladaq ki, bundan əvvəl İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində prezident İlham Əliyev bir neçə ay ərzində sülh sazişinin bağlanıb imzalana biləcəyini bildirmişdi. İlham Əliyevin qeyd edib ki, bunun üçün Ermənistan müvafiq iradə nümayiş etdirməlidir.