Kabildə Rusiya səfirliyi yaxınlığında partlayış: ölənlər var

Rusiyanın Kabildəki səfirliyinin binası yaxınlığında baş verən partlayış nəticəsində diplomatik nümayəndəliyin iki əməkdaşı ölüb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

Partlayış Əfqanıstanın paytaxtında, Rusiya diplomatik ofisinin yerləşdiyi Dar-ül-Aman küçəsində baş verib. Yerli sakinlərin sözlərinə görə, hadisə yerinə çoxlu təcili yardım maşınları göndərilib.

Reuters-in məlumatına əsasən, partlayışı terrorçu-kamikadze törədib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ