Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq - İzmiri unutmayın!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Samsundakı “Teknofest Karadeniz” aviasiya və texnologiya festivalında çıxışı zamanı Yunanıstanı türk ordusuna qarşı hərbi təxribatlar etməməyə çağırıb. Türkiyə prezidentinin sözlərini “Anadolu” agentliyi sitat gətirib.

Ərdoğan vurğulayıb ki, Türkiyə bu cür çətin geosiyasi regionda zəif ola bilməz. “Biz Türkiyəni hər cəhətdən gücləndirməyə məhkumuq. Türkiyənin texnologiyanı aktiv şəkildə inkişaf etdirməsinin səbəbi yeni müharibə arzusu deyil, ölkənin daha da gücləndirmək üçün zəruri tədbirdir”.

Türkiyə lideri həmçinin Yunanıstan hakimiyyətini tarixdən dərs almağa çağırıb: “Əgər indiki kursa (təxribatlara) davam etsəniz, bunun bədəlini çox ödəyəcəksiniz. Afinaya yalnız bir şeyi demək istəyirəm: İzmiri unutmayın!

Bununla Ərdoğan 100 il əvvəl yunan qoşunlarının Mustafa Kamal Atatürkün komandanlığı altındakı ordu tərəfindən işğal olunmuş Anadolu torpaqlarından, o cümlədən İzmirdən çıxarıldığını xatırladıb.

“Türkiyə adaların Yunanıstan tərəfindən işğalı faktı ilə dayandırılmayacaq. Lazımi addımları uyğun zamanda atacağıq. Bu, gözlənilmədən və istənilən gecə baş verə bilər”, - deyə prezident Ərdoğan xəbərdarlıq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ