“WhatsApp”da ödənişli funksiyalar olacaq

ABŞ-ın “Meta” korporasiyası “Facebook” və “Instagram” sosial şəbəkələrində, eləcə də “WhatsApp” messencerində pullu funksiyalar təqdim etməyi planlaşdırır. Bu barədə “The Verge” məlumat yayıb. 

Nəşrin məlumatına görə, korporasiyanın sosial şəbəkələr və messencer üçün ödənişli variantları hazırlayan bölməsi olacaq. Bildirilir ki, “Meta” bu addımı gəlirlərinin azalmasına görə atıb. “Meta” gəlirləri “Apple” şirkətinin “Facebook”, “Instagram” və “WhatsApp”da reklam yaratmaq üçün istifadəçi fəaliyyətini izləməyi qadağan etməsi səbəbindən kəskin azalıb.

Əvvəllər “Meta”nın tədqiqat departamentinə rəhbərlik edən Pratiti Rayçoudhuri korporasiya daxilində yeni bölməyə rəhbərlik edəcək. “WhatsApp”, “Facebook” və “Instagram”da ödənişli funksiyaların dəqiq nə vaxt görünəcəyi hələlik məlum deyil

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ