15 sentyabra kimi! Putin Ukrayna ilə bağlı ordu qarşısında yeni hədəf qoydu

Ukraynadakı Rusiya qoşunları prezident Vladimir Putindən sentyabrın 15-dək Donetsk vilayətinin inzibati sərhədlərinə çatmaq üçün yeni əmr alıb. Bu açıqlama ilə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov çıxış edib.

“Düşmən Xarkov, Luqansk, Donetsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərinin işğal olunmuş ərazilərini nəzarətdə saxlamaqda davam edir, həmçinin hücumun bərpası üçün əlverişli şərait yaratmağa çalışır. Rusiya ordusu sentyabrın 15-dək Donetsk vilayətinin inzibati sərhədlərinə çatmaq üçün Putinin əmrinə uyğun olaraq plan və hərəkətlərini yenidən korrektə edir”, - deyə o bildirib.

Qromov həmçinin qeyd edib ki, RF öz qoşunlarının qruplaşmasını artırmaq və Donetsk əməliyyat bölgəsində hücumun bərpasına şərait yaratmaq üçün işğal olunmuş ərazilərdə 3-cü Ordu Korpusunun birləşmə və hərbi hissələrini yenidən qruplaşdırmaqda davam edir.

“Alınan məlumatlara görə, şəxsi heyətin əhəmiyyətli itkiləri ilə əlaqədar olaraq, Rusiya Silahlı Qüvvələrinin komandanlığı Hava-Desant Qoşunlarının 31-ci əlahiddə hava desant-hücum və 22 əlahiddə xüsusi təyinatlılar briqadalarını ləğv etmək qərarına gəlib”, - Baş Qərargah nümayəndəsi bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ