Erməni milyarder Rusiyadan imtina edib Qarabağa köçür

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan RF vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarını açıqlayıb. O, videomüraciətini sosial şəbəkələrdə və YouTube-da yerləşdirib.

Vardanyan qeyd edib ki, üzərinə hansı riskləri götürdüyünü anlayaraq Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı kimi Qarabağa köçmək barədə qərar qəbul edib.

O iddia edir ki, bu qərar “onun üçün çox çətin, lakin düzgün idi”. Milyarderin bütün Rusiya aktivləri ailə fonduna köçürüləcək. 

Forbes Vardanyanın sərvətini 1 milyard dollar dəyərində qiymətləndirir, 2021-ci ildə o, Rusiyanın ən varlı adamları siyahısında 116-cı yeri tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ