Putin Qorbaçovla vidalaşdı - Video

Rusiya Prezidenti Vladimir Putin avqustun 30-u vəfat edən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovla vidalaşıb.

V.Putin Kalininqrad şəhərinə yola düşməzdən əvvəl Mərkəzi Klinik Xəstəxanaya gələrək Qorbaçovun tabutunun kənarına gül dəstəsi qoyub. 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Qorbaçovla vida mərasimi sentyabrın 3-ü təşkil ediləcək. Lakin Rusiya Prezidentinin qrafiki sözügedən mərasimdə iştirak etməyə uyğun gəlmir.

Xatırladaq ki, Mixail Qorbaçov vəsiyyət etdiyi kimi, həyat yoldaşı Raisa Qorbaçovanın yanında Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ