AEBA missiyası Zaporojye AES-ə çatıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyası Ukraynanın Zaporojye vilayətinin işğal altında olan Enerqodar şəhərindəki Zaporojye Atom Elektrik Stansiyasına çatıblar.

Bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, AEBA missiyasının korteji avqustun 31-də səhər saatlarında Kiyevdən Zaporojye AES-ə doğru hərəkət edib. Səfər potensial nüvə qəzası təhlükəsinin artması fonunda baş tutur.

Bundan əvvəl avqustun 19-da AFP Yelisey sarayına istinadən xəbər vermişdi ki, Rusiya Prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla söhbətində AEBA missiyasının Kiyev üzərindən Zaporojye AES-ə gəlməsi ilə bağlı razılığa gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ