Aİ Rusiya ilə sadələşdirilmiş viza rejimini ləğv edir

Avropa İttifaqı ölkələri Praqada keçirilən Aİ Şurasının qeyri-rəsmi iclasında Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dondurmaq qərarına gəliblər.

Bu barədə “Reuters” Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin bəyanatına istinadən xəbər verir.

Borrelin sözlərinə görə, iyulun ortalarından etibarən Avropa ölkələrinin sərhədlərini keçən rusiyalıların sayı xeyli artıb. Avropa diplomatiyasının rəhbəri hesab edir ki, bu, dövlətlərin təhlükəsizliyini təhdid edə bilər.

“Bundan əlavə, biz gördük ki, nə qədər rusiyalı dincəlmək və alış-veriş etmək üçün səyahət edir, sanki Ukraynada müharibə getmir”, - Borrell deyib.

Aİ-nin yeni məhdudiyyətləri viza müraciətlərinə baxılma müddətinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Ekspertlərin fikrincə, vizaların alınması müddəti altı aya qədər uzadıla bilər və viza rüsumunun məbləği 80 avronu keçəcək.

Ekspertlər həmçinin aydınlaşdırıblar ki, vizanın sadələşdirilməsi sazişinin dayandırılması ilə əlaqədar rusiyalılar viza üçün müraciət edərkən daha çox sənəd toplamalı olacaqlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ