Qarabağ separatçılarının sabiq müdafiə naziri Xankəndində həbs edildi

Qarabağdakı separatçı rejimin dırnaqarası sabiq müdafiə naziri Mixael Arzumanyan İrəvandan Xankəndinə gedərkən həbs edilib.

Bu barədə erməni mətbuatında məlumat yayılıb.

Qeyd olunur ki, terrorçu İstintaq Komitəsinin Hərbi İdarəsinin göstərişilə saxlanılıb.

Xatırladaq ki, Mixael Arzumanyan Azərbaycan ordusunun sələfi Cəlal Arutyunyanın maşınına hücumundan sonra Qarabağ separatçı ordusunun komandanı təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ