Kadırov Ukrayna yeni könüllü dəstələri göndərdi - video

Ukraynadakı müharibədə iştirak etmək üçün Qroznıdan yeni könüllü dəstələri olan təyyarələr havaya qalxıb.

Videonu Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında nümayiş etdirib.

Kadırovun yayımladığı görüntülərdə könüllülər yola düşməzdən əvvəl Çeçenistan hökumətinin administrasiyasının rəhbəri Maqomed Daudovun vida sözünü dinləmək üçün uçuş-enmə zolağında düzülüblər.

Daudov çıxışında qeyd edib ki, Kadırov döyüş bölgəsinə könüllülərin göndərilməsinin əsas yükünü öz üzərinə götürüb.

“Rusiyanın maraqlarını qorumaq üçün onun layiqli oğulları Donbasa gedirlər, Bandera və nasizmin istənilən təzahürlərinə münasibətdə sərt və barışmaz mövqeyə malik olan könüllülər”, - Kadırov videonun altından yazıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ