Aşqabadda yerli sakinlərə plastik butulka yığmağa qadağa qoyulub. Bu barədə “Xronika Türkmənistan” portalı məlumat yayıb.
Jurnalistlərin fikrincə, Türkmənistan paytaxtının administrasiyası fərdi şəxslərə plastik qabları yığmağı qadağan etmək qərarına gəlib, çünki rəsmilərin fikrincə, bu yolla insanlar “ölkəni biabır edirlər”.
Plastik qabları yığanların tutulması ilə polis məşğul olub və onlar təkrar emalı məntəqələrində növbətçiliyə qoyulublar. Qeyd olunur ki, saxlanılan şəxslərə bu fəaliyyət növünə qadağa qoyulması ilə bağlı xəbərdarlıq edilir, lakin bəzi vətəndaşlar asayiş keşikçiləri tərəfindən 50 Türkmənistan manatı (təxminən 23 AZN) məbləğində cərimələndiklərini bildiriblər.
Polisin özlərinin izah etdiyi kimi, indi yalnız mənzil-kommunal təsərrüfatlarında işləyən təmizləyicilər təkrar emal olunan plastik qabları toplayıb təhvil verə bilərlər.