İraqda etirazçılar Prezident sarayına hücum ediblər - video

İraqın nüfuzlu şiə imamı Müqtəda əs-Sədr siyasətdən həmişəlik ayrılacağını bildirib. İmamın açıqlamasından sonra onun tərəfdarları Bağdaddakı Prezident sarayına hücum ediblər. Şəhərdə komendant saatı tətbiq edilib.

AP nəşrinin məlumatına görə, etirazçılarla polis arasında toqquşmalar baş verib.

Qeyd edilir ki, Əl-Sədr bu açıqlamanı Ayətullah Kadhim əl-Haerinin İraqda mənəvi liderlikdən geri çəkiləcəyini elan edərək öz tərəfdarlarını İranın ali dini lideri Ayətullah Əli Xamneini dəstəkləməyə çağırdıqdan sonra verib.

Hazırda Bağdadda bütün hökumət binalarının yerləşdiyi Yaşıl zona mühasirəyə alınıb.

Yaxın saatlarda münaqişənin daha da şiddətlənəcəyi gözlənilir. Artıq məscidlər əs-Sədrə həmrəyliyini bildirərək “ümumi səfərbərlik” elan ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ