Gülşen azadlığa buraxıldı

Bir neçə gün əvvəl həbs olunan müğənni Gülşen azadlığa buraxılıb.

OLAY yazır ki, bununla bağlı türk mediası məlumat yayıb.

Qeyd edək ki, konsertlərindən birində müğənni musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, zarafat edib.

Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib. Səhəri gün isə müğənni həbs olunub. O, daha sonra Ali Məhkəməyə müraciət edib. Gülşenin həbsi cəmiyyətəd etirazla qarşılanıb. Onun bir çox sənət dostu paylaşım edərək azadlığa buraxılmasını istəyib. Hətta ABŞ-ın Xarici İşlər Nazirliyi də sənətçinin həbsinə reaksiya verib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ