ABŞ-da atışmada dörd nəfər ölüb

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) baş verən atışma nəticəsində azı dörd nəfər ölüb, daha iki nəfər yaralanıb. 

Bu barədə bazar günü polisə istinadən CNN məlumat yayıb. Belə ki, hadisə yerində dörd nəfərin cəsədi tapılıb. Onladan birinin insidentdə şübhəli bilinən şəxsin meyiti olduğu bildirilir. Onun atışma zamanı keçmiş polis zabiti tərəfindən öldürüldüyü qeyd olunur.

Hadisə gecə saatlarında baş verib, hücum edən şəxs binanı yandırıb, daha sonra tikilidən çıxan insanlara atəş açıb.

Hazırda iş rayon prokurorluğu və Hyuston polis idarəsi tərəfindən araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ