Ukraynada daha bir amerikalı öldürüldü

ABŞ Dövlət Departamenti Ukraynadakı döyüşlər zamanı daha bir vətəndaşının öldüyünü açıqlayıb.

Bu barədə Newsweek yazır.

“Ukraynada ABŞ vətəndaşının öldüyünü təsdiqləyə bilərik. Ailənin məxfiliyinə hörmət etdiyimiz üçün hazırda əlavə şərhimiz yoxdur”.

Dövlət Departamenti vətəndaşın kimliyi və onun ölüm səbəbi barədə məlumat verməyib. Birləşmiş Ştatlar həmvətənlərinə Ukraynaya səfər etməməyi tövsiyə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ