Türkiyə ABŞ-dan 40 ədəd “F-16” alır - detallar açıqlandı

Hazırda Ankara və ABŞ “F-16” qırıcılarının alınması ilə bağlı müqavilənin texniki detallarını müzakirə edir. Danışıqların təfərrüatını Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar açıqlayıb.

Qeyd olunur ki, Türkiyə tərəfi Vaşinqtondan 40 ədəd “F-16” qırıcısı almağı və artıq istifadədə olan 80 təyyarənin modernləşdirməyi planlaşdırır. Türkiyə müdafiə naziri bildirib ki, ölkə nümayəndə heyəti ABŞ-a gedib və bu məsələ ilə bağlı danışıqlar aparıb. O qeyd edib ki, təmaslar gözlənildiyindən də müsbət olub.

“Buna görə də hazırda prosesin mənfi yox, müsbət olacağını qiymətləndiririk, hərbi heyətlər arasında prosesin davam etdiyini görürük, texniki detalları müzakirə edirik”, - deyə Akar yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ