Conson Ukraynanın Müstəqilliyi Günündə Kiyevə getdi

Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə gedib. O, Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşüb.

Səfərin məqsədi Ukraynaın Dövlət Müstəqilliyi Günü ilə bağlı keçirilən tədbirdə iştirak etməkdir.

Conson Zelenski ilə görüş zamanı yeni yardım paketini açıqlayıb. O bildirib ki, paketə 850 mikrodron daxildir.

Qeyd edək ki, B.Conson iyulun 7-də Böyük Britaniyanın baş naziri postundan istefa verib. O, payızadək, növbəti seçkilərədək bu vəzifəni icra edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ