“Taliban” yaraqlıları Özbəkistanın Amudərya sahilindəki Tirmiz şəhəri ilə üzbəüz Aral Baba adasını ələ keçiriblər.
Bu barədə Vesti.uz saytı məlumat yayıb.
Bildirilir ki, əvvəlcə 56 əfqan adaya guya biyan toplamaq üçün köçüb. Özbəkistan sərhədçilərini razı saldıqdan sonra atəş açıblar. Üç əfqan həlak olub, eyni sayda yaralanıb, yeddi nəfər Özbəkistan sərhədçiləri tərəfindən əsir götürülüb.
Buna cavab olaraq, “Taliban” 90 silahlı ilə hücuma keçib və Aral Baba adasını işğal edib.