ABŞ-da polislər saxladıqları şəxsi vəhşicəsinə döydülər - video

ABŞ-ın Arkanzas ştatında saxlanılan şəxsi vəhşicəsinə döyən üç polis əməkdaşı işdən çıxarılıb. Bu barədə avqustun 21-də NPR nəşri məlumat yayıb.

Hadisə Krouford dairəsində, Mulberi şəhərindəki mağazanın yaxınlığındakı dayanacaqda baş verib. Hadisə barədə görüntülərin sosial şəbəkədə yayılmasından sonra məlum olub.

Videoda üç polis əməkdaşının bir kişini yerə yıxaraq onu təpik və yumruqla vurduqları görünür. Arkanzas qubernatoru hadisə ilə bağlı hərtərəfli təhqiqatın aparılacağına söz verib.

Polis əməkdaşları ən azı istintaq başa çatana qədər vəzifələrindən kənarlaşdırılıblar. Döyülən şəxsin vəziyyəti barədə məlumat verilmir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ