Duqinin qızı avtomobilin partlaması nəticəsində öldü - video

Rusiyalı filosof və ictimai xadim Aleksandr Duqinin 30 yaşlı qızı Darya Moskva vilayətində avtomobilin partlaması nəticəsində dünyasını dəyişib.

Bu barədə TASS məlumat yayıb. Hadisə Mojayskoye şossesində, Bolşiye Vyazemi kəndi yaxınlığında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış avtomobil hərəkətdə olarkən baş verib.

Daryanın yolsuzluq avtomobili Moskva vaxtı ilə saat 21:35-də partlayıb, bundan sonra maşın yoldan çıxaraq binaya çırpılıb. İlkin məlumata görə, Darya hadisə yerində ölüb. Onun meyiti tamamilə yandığından yerindəcə tanımaq mümkün olmayıb.

Bildirilir ki, Darya “Ənənə” festivalından atası Aleksandr Duqinin getməli olduğu avtomobillə qayıdırdı, Duqin özü isə başqa maşınla yola düşüb. Hədəfin Aleksandr Duqin ola biləcəyi ehtimal edilir.

Faktla bağlı cinayət işi açılıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ