Rusiya hərbçiləri Zaporojye vilayətinin Vasilyevka şəhərində tapşırıqları yerinə yetirdikdən sonra kütləvi şəkildə zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Bu barədə şənbə günü, avqustun 20-də Rusiya Müdafiə Nazirliyində jurnalistlərə məlumat verilib.
RF Silahlı Qüvvələrinin hərbi qulluqçularının orqanizmində “B” tipli botulinum toksini aşkar edilib. Qeyd olunur ki, Rusiya tərəfi kimyəvi terrorizmi təsdiq edən sənədlər hazırlayır.
“Kimyəvi terrorizmin sübutları tezliklə Rusiyanın Daimi Nümayəndəliyi vasitəsilə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına rəsmi olaraq göndəriləcək”, - məlumatda deyilir.