Rusiya Donbasda bir neçə istiqamətdə hücuma keçib

Rusiya Donbasda bir neçə istiqamətdə kütləvi hücuma keçib, döyüşlər davam edir.

UNİAN-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Slavyansk istiqamətində tanklardan, Suliqovka və Mazanovka yaxınlığında isə reaktiv yaylım atəş sistemlərindən və artilleriyadan istifadə qeydə alınıb.

Novodmitrovka, Vernopol və Kurulki yaxınlığında RF Silahlı Qüvvələri hücum etsələr də, onları dayandırma qmümkün olub.

Rusiya ordusu həmçinin döyüş zonalarında hava kəşfiyyatı aparıb. Hazırda İcano_Daryevka yaşayış məntəqəsi yaxınlığında dəyüşlər davam edir.

Baxmut istiqamətində isə rusiyalıların artilleriya atəşi nəticəsində mülki insfrastruktura ziyan dəyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ