Rusiya Avropaya qaz nəqlini dayandırır

“Qazprom” “Şimal axını” qaz kəməri ilə qaz nəqlini üç gün müddətinə dayandırıb.

Bu barədə şirkətin Teleqram kanalında məlumat verilib.

Bildirilib ki, yeganə işləyən Trent 60 qaz kompressor qurğusu avqustun 31-də texniki xidmət və planlı profilaktik təmir üçün üç gün müddətinə bağlanacaq. Kompleks işlər "Siemens" şirkətinin mütəxəssisləri ilə birgə aparılacaq.

“GPA Trent 60 DLE-yə 31.08.2022-ci il tarixindən 09.02.2022-ci il tarixədək texniki xidmət müddəti üçün “Şimal axını” qaz kəməri ilə qaz nəqli üç gün müddətinə dayandırılacaq”, – şirkətdən bildiriblər.

Əlavə edilib ki, "Siemens"in texniki sənədlərinə uyğun olaraq qurğuya hər min saatdan bir texniki xidmət göstərmək lazımdır.

Təmir işləri başa çatdıqdan sonra qazın nəqli bərpa edilərək gündə 33 milyon kubmetrə çatdırılacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ