Türkiyədə prezident seçkilərinin vaxtı açıqlandı

Türkiyədə 2023-cü ilin iyunun 18-də prezident seçkilərinin keçirilməsi planlaşdırılıb. Bu barədə CNN Türk ölkənin ədliyyə naziri Bəkir Bozdağa istinadən məlumat yayıb.

“2023-cü il iyunun 18-də keçiriləcək seçkilər prezidentimizin iştirak edəcəyi ikinci seçkidir. Burada şərhə ehtiyac yoxdur. Heç bir qapalı, qeyri-müəyyən vəziyyət yoxdur”, - deyə nazir bildirib.

Yerli qanunlara görə,Türkiyədə ümumi (prezident və parlament) seçkiləri eyni gündə keçirilir və ilkin olaraq 2023-cü ilin iyun ayına təyin olunmuşdu. Hakim Xalq Alyansı daha əvvəl bəyan etmişdi ki, onların vahid namizədi hazırkı prezident Ərdoğan olacaq. Altı partiyanın bloku ilə təmsil olunan müxalifət hələ ki, öz namizədini açıqlamayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ