Arestoviç Zelenski ilə razılaşmayıb

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç ölkə lideri Volodimir Zelenskinin bütün Rusiya vətəndaşlarına viza verilməsinə qadağa tətbiq edilməsinin zəruriliyi ilə bağlı təklifini şərh edib. Bu barədə “Washington Post” məlumat yayıb.

Arestoviç Zelenskinin çağırışı ilə razılaşmadığını bildirib. O vurğulayıb ki, bu tələb bütün vətəndaşlara şamil edilməməlidir. “Mən kollektiv məsuliyyətin tərəfdarı deyiləm”, - siyasətçi deyib.

Prezidentin müşaviri hesab edir ki, viza qadağası tətbiq edilərkən “daha ​​seçici” qalmaq lazımdır. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putinin tərəfdarları üçün vizaların verilməsinə məhdudiyyətlər qoymağa dəyər.

Arestoviç həmçinin etiraf edib ki, müvafiq məhdudiyyətləri tətbiq etmək “texniki cəhətdən çətin” olacaq. Ehtimal ki, buna görə Zelenskinin ofisi “hamıya qadağa qoymaq daha asandır” qərarını verdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ