Ukraynada Rusiya qoşunlarının irəliləyişinin qarşısı alınıb - Sabiq nazir

Qərbin verdiyi silahlar sayəsində Rusiya qoşunlarının Ukraynada “irəliləyişinin” qarşısı alınıb. Bu barədə CNN telekanala Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk bəyan edib.

“Müharibə elə bir vəziyyətdədir ki, rusiyalılar Qərbin bizə verdiyi silahlara görə irəliləyə bilmir. İndi biz onların qarşısını ala bilmişik”, - deyə Zaqorodnyuk bildirib.

“Amma təəssüf ki, eyni zamanda, bizim bütöv və ciddi əks-hücum üçün kifayət qədər silahımız yoxdur”, - deyə o əlavə edib.

Keçmiş müdafiə naziri həmçinin bildirib ki, “dalan” ifadəsi Ukraynadakı vəziyyətə aid deyil.

“İndi son dərəcə aktiv müharibə gedir, insanlar hər gün ölür və bütün zonlarda əməliyyatlar aparılır”, - Zaqorodnyuk deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ