Rusiya nüvə arsenalından istifadə şərtini açıqladı

Rusiya nüvə dövlətləri arasında silahlı münaqişənin yolverilməzliyi prinsipindən kənara çıxmaq niyyətində deyil. Bunu RF Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin direktor müavini İvan Neçayev deyib.

Onun sözlərinə görə, Rusiya nüvə silahından yalnız cavab tədbirləri zamanı istifadə edə bilər. Neçaev əlavə edib ki, ABŞ və NATO ilə birbaşa toqquşma Moskvanın maraqlarına uyğun deyil. 

Qeyd edək ki, daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı münaqişədə nüvə silahından istifadəyə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, Rusiyanın nüvə silahlarının əsas məqsədi nüvə hücumunun qarşısını almaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ