Ermənistan Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsi açacaq

Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq. Bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə deyilir.

Hökumətin qərar layihəsi hüquqi aktların dərci üçün vahid internet saytında yerləşdirilib. Təklif olunan dəyişikliklərə əsasən, avtomobillə sərhəd-keçid məntəqələrinin sayı artırılacaq.

Layihənin əsaslandırılmasında qeyd edilir ki, layihənin qəbul edilməsi Baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi göstərişləri yerinə yetirmək zərurətindən irəli gəlir.

Qeyd edək ki, avqustun 4-də erməni Baş naziri bildirib ki, Ermənistan Naxçıvanlaə Azərbaycan arasında əlaqələri günü bu gün təmin etməyə hazırdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ